Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycandan Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq olmayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq olmayacaq

Bu gündən Azərbaycandan Rusiyaya gedən sərnişinlərin əl çantaları və yükləri yeni qaydalara əsasən yoxlanılacaq.

 

Rusiya gömrükçüləri sərnişinlərin yüklərini yeni qaydaya əsasən yoxlayacaqlar. Belə ki, avqustun 19-dan etibarən Rusiyada yeni fitosanitar nəzarət qaydaları qüvvəyə minib. 

 

Yeni qaydalara görə, gəmi, təyyarə, qatar və avtomobillə Rusiyaya gələn sərnişinlərin əl çantaları və yüklərində meyvə və tərəvəz, gül və bitki mənşəli məhsulların miqdarı sərhəd-keçid məntəqələrində Gömrük Federal Xidmətinin əməkdaşları tərəfindən yoxlanılacaq. Əgər adıçəkilən məhsulların miqdarı 5 kiloqramdan artıq olarsa, o zaman həmin vətəndaşdan fitosanitar sertifikat tələb olunacaq. Bu sənəd olmayacağı təqdirdə, gömrükçülər həmin məhsulu götürəcəklər.

 

Bundan başqa, vətəndaş ölkəyə ancaq üç buket (hər buketdə 15 ədəd gül olmaqla) gətirə bilər. Yüklər bütün nəqliyyat növlərində yoxlanılacaq. 

 

Yeni fitosanitar qaydaların tətbiq olunacağı sərhəd keçid məntəqələrindən biri Dağıstanda, Azərbaycanla sərhəddə yerləşir. Bundan başqa, Finlandiya, Estoniya ilə sərhədlərdə də yeni qayda tətbiq olunacaq.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© APA

19.08.2019 12:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ