Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycandan İrana gedənlərin sayı ticarətçilər ilə kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan İrana gedənlərin sayı ticarətçilər ilə kəskin artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz artaraq 3 milyon 115,1 min nəfər olmuşdur.

 

Reklam_3_11

Ölkə vətəndaşlarının 37,8 faizi İrana, 28,1 faizi Gürcüstana, 17,7 faizi Rusiya Federasiyasına, 11,0 faizi Türkiyəyə, 5,4 faizi digər ölkələrə getmişdir. Gedənlərin 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil etmişdir.

 

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,8 faiz, Gürcüstana gedənlərin sayı 12,4 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 3,7 faiz artmışdır.

 

Bəs azərbaycanlılar İrana nə üçün bu qədər çox səfər edirlər? Sualın cavabı "ticarətdir". İranda ərzaq və qeyri-ərzaq malları ucuz olduğundan və daha keyfiyyətli hesab edildiyindən Azərbaycan vətəndaşları İrandan alış-veriş edirlər. Həmçinin, İrandan mal gətirib Azərbaycanda satışı ilə məşğul olanlar artıb. Ticarət məqsədli qonuşu ölkəyə gediş-gəlişlərin artması statistikada da öz əksini tapıb. 

20.08.2019 13:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ