Azərbaycanda bir istehlakçı orta hesabla ayda 254 manatlıq mal alır
Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar-fevral aylarında satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2016-cı ilin eyni dövrünün səviyyəsini real ifadədə 0,5% üstələyərək 2 milyard 498,8 milyon manata çatıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ticarət dövriyyəsi 2 milyard 427,2 mln. manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə 2,3% çox olub.
Azərbaycanın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 254 manatlıq və ya 2016-cı ilin eyni göstəricisi ilə müqayisədə 32,1 manat çox əmtəə alıb.
Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 128,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 125,2 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Bu ilin ilk iki ayında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,7%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4%-i elektrik malları və mebelin, 4,9%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bununla belə, hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 6,5 mln. manatlıq və ya 2016-cı ilin yanvar-fevral aylarına nisbətən müqayisəli qiymətlərlə 2dəfə çox istehlak məhsulları satılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl