Bank BTB-də daha bir Departament yaradılıb və rəhbər təyin edilib
Bank BTB-də daha bir Departament yaradılıb və ona rəhbər təyin edilib.
Bankda "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Pavel Karpenko Bank BTB-nin Rəqəmsal Bankçılıq departamentinin direktoru vəzifəsinə təyinat alıb. O, bankda proqramlaşdırma və rəqəmsal inkişaf proseslərinə rəhbərlik edəcək.
Pavel Karpenko Azərbaycan Neft Akademiyasının Tədbiqi Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Pavel Karpenko maliyyə strukturunda İT İdarəetmə, Məlumat Təhlükəsizliyi, Bizness Proseslərin və Xidmətlərin Rəqəmsal Transformasiya inkişafı sahəsində geniş ixtisaslaşma üzrə fəaliyyət göstərib. Pavel Karpenko peşəkar fəaliyyətinə baş proqramçı kimi başlayaraq Muganbank-da Departament rəhbərinədək peşəkar yol keçmişdir.
İnformasiya Sistemlərinin Təhlükəsizliyi üzrə Sertifikatlı Peşəkar (CISSP), Bankın davamlı fəaliyyətinin təşkili, SAP Bizness Obyektləri, Oracle OCP, Microsoft ASP.NET və başqa istiqamətlər üzrə sertifikatlaşdırılmış kurslardan və təlimlərdən keçib.
Qeyd edək ki, Bank “BTB” ASC-də 2019-2021-ci illər üçün yeni təsdiqlənmiş strateji planında rəqəmsal bankçılığın inkişafı xüsusi yer alıb. Belə ki, yeni inkişaf strategiyası çərçivəsində bank diqqət və resurslarını müştərilərinin biznes ehtiyaclarına uyğun rəqəmsal həllərin yaradılmasına yönəldib. Əsas hədəf daim inkişaf edən və innovativ texnologiyalarından istifadə edərək Bankın mövcud əməliyyatlarını alternativ rəqəmsal kanallar vasitəsi ilə rahat, tez və təhlükəsiz qaydada həyata keçirilməsini təmin etməkdir.
Xatırladaq ki, Bank “BTB” ASC 2019-2021-ci illər üçün yeni strateji planın çərçivəsində yeni kadrların cəlb olunması prosesinə start verib. Bundan öncə bankda Kreditlər, Hüquq və Marketinq departamentlərində təyinatlar edilib. Hal-hazırda qeyd olunan istiqamətlər üzrə bankda aktiv vakansiyalar http://bit.ly/2KpKQTm mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
15 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 13 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
16 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
16 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
17 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır