Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Taxta Bazarı” yanır - Video +YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Taxta Bazarı” yanır - Video +YENİLƏNİB

Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. 

 

Reklam_3_11

Nazirlikdən  verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 


 

Nərimanov rayonunda "taxta bazarı" kimi tanınan yedə yanğınla bağlı hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib.

 

Bu bərədə Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa, bu barədə əlavə məlumat veriləcək.

 

XXX

 

Artıq hadisə yerinə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də gəlib. O, yanğınsöndürmə işləri ilə tanış olub, müvafiq tapşırıqlarını verib. 

 

Xatırladaq ki, yanğın baş verən ərazidə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası işləyir.

 

XXX

 

Fövqəladə Hallar Nazirliyi (FHN) “Baksol” yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğınla bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, avqustun 22-də FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, “Baksol” yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) “Baksol” yolundakı taxta bazarında baş verən yanğınla əlaqədar yaydığı məlumatda isə bildirilir qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

 

“Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik”, - deyə BNA-nın məlumatında bildirilir.

 

XXX  XXX   XXX

Nərimanov rayonu, “Baksol” yolunda yerləşən “Taxta Bazarı”nda yanğın başlayıb. 

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva  bildirib ki, yanğınla əlaqədar hazırda Fövqəladə Hallar Nazirliyinə üçüncü çağırış olub.

 

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb edilib.

22.08.2019 14:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ