Unibank biznes kreditinin faiz dərəcəsini bir qədər də azaltdı
Unibank biznes kreditinin faiz dərəcəsini bir qədər də azaldıb.
Bankın yaydığı məlumatda bildirilir ki, indi biznes sahibləri “Unibank”dan biznes kreditini 16 %-lə, girovsuz və cəmi 15 dəqiqə ərzində onlayn şəkildə götürə bilərlər. Bank yerli biznesin inkişafına dəstək məqsədilə overdraft krediti faizlərini bir qədər də azaldıb. Overdraft kredit faizləri “Loyallıq” layihəsi üzrə 2%, “Ekvayrinq” üzrə 3%, “Əmək haqqı” layihəsi üzrə isə 6% aşağı salınıb.
Overdraft kreditlər biznes sahiblərinin təxirəsalınmaz qısa müddətli tələblərinin operativ şəkildə təmin edilməsi üçün çox əlverişlidir. Maksimal məbləği 100.000 AZN-dək olan bu kreditlərin məhsulun şərtlərindən asılı olaraq, banka faizsiz qaytarılması imkanı da mövcuddur.
“Unibank”dan overdraft krediti götürməyin digər üstünlüyü də biznes sahibinin bu vəsaiti banka gəlmədən, dəqiqələr ərzində, birbaşa hesabından əldə etməsidir. Azərbaycanda ilk dəfə olaraq korporativ müştərilərinə onlayn kredit xidmətləri təqdim edən Unibank, biznes sahiblərinin cəmi 15 dəqiqə ərzində lazım olan vəsaiti əldə etməsinə imkan yaradıb.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından https://www.unibank.az/az/corporate/index əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
27 d. əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
35 d. əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 37 d. əvvəl
- 40 d. əvvəl
-
46 d. əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
53 d. əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
12 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 12 saat əvvəl