Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neft Tramp və Fed sədrinin açıqlamalarından və Çinin qərarından sonra ucuzlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Tramp və Fed sədrinin açıqlamalarından və Çinin qərarından sonra ucuzlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"İqtisadi artımı davam etdirməyə uyğun bir şəkildə rəftar edəcəyik"



 
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerome Pauell (Jerome Powell,),  Bankın illik toplantısında etdiyi çıxışında ABŞ iqtisadiyyatı və pul siyasətinə dair açıqlamalar verib.
 

"Baş verənlərin ABŞ iqtisadiyyatı üzərindəki təsirini yaxından izləyirik", - deyən Fed sədri, inflyasiyanın 2%-lik hədəfə yaxınlaşdığını söyləyib və İyul ayındakı Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısından bu yana Çindən idxala tətbiq olunan yeni vergilər başda olmaqla bir çox hadisə baş verdiyini əlavə edib.
 

"İqtisadiyyatın artması üçün müvafiq addımları atacağıq", - deyən Pauell, Çinin idxala yönəlmiş yeni vergilərini, xüsusən Almaniya və Çində olmaqla qlobal iqtisadi yavaşımaya dair daha çox dəlili, artan sərt Brexit ehtimalını, Honq Konqda yüksələn təzyiq (nümayişləri) kimi geosiyasi prosesləri izlədiklərini bildirib.
 

İqtisadiyyatın müsbət mövqedə olduğunu ancaq əhəmiyyətli risklər olduğunu bildirən Pauell, qlobal riskləri işarə edərək, "Bu proseslərin təsirlərinə dair qiymətləndirməmizə əsasən, güclü bir əmək bazarı və 2 faiz inflyasiya hədəfi ilə iqtisadi artımı davam etdirməyə uyğun bir şəkildə davranacağıq",- deyib.
 

Dolların mühüm valyutalar qarşısındakı dəyərini ölçən Bloomberg Dollar Spot İndeksi, Pauellin çıxışının ardından gün ərzində qazandığı artımı geri verərək 1210.59 bənd səviyyəsinə düşüb.

 

Avro/Dollar məzənnəsi 0,6% yüksələrək 1.1145 səviyyəsinə yüksəlib (Avro bahalaşıb, Dollar ucuzlaşıb)

 

Brent nefti 2,1% ucuzulaşaraq 58,65 dollara düşüb (Bakı vaxtı ilə saat 20:10-a olan məlumat). Neftin ucuzlaşmasına Çinin ABŞ məhsullarına gömrük tarifi tətbiq etməsi qərarı və Donald Trampın "Çinin tariflərinə bu gün cavab verəcəyəm" deməsi  təsir edir. Trampın yeni həmləsi ilə ticarət müharibəsi daha da şiddətlənə, qlobal iqtisadiyyat duğrunluğa girə və neftə tələb azala bilər. 

 

Qeyd edək ki, Çinin 75 milyard dollarlıq ABŞ məhsuluna vergi tətbiq etmək qərarını verib.

23.08.2019 17:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ