Bu həftə valyuta cütlüklərində kəskin korrektiv hərəkət gözlənilir
Tramp rüsüm savaşını davam etdirəcək.
Cümə günü Jackson Hole Simpoziumunda FED sədri Povelin çıxışı ümumilikdə neytral qiymətləndirilir. Beləki, Povel faiz endirimi qərarını korrektiv hərəkət kimi qiymətləndirdi və gələcək faiz dəyişikliyi qərarlarını vəziyyətə görə veriləcəyini vurğuladı.
Lakin bunun bunun ardınca bazarları ciddi şəkildə dalğalandıran Çinin ABŞ mallarına tətbiq etdiyi gömrük rüsümları və ardınca Ağ evdən gələn cavab bəyanatlar oldu. Beləki Çinin $75 mrld. həcmində ABŞ mallarına gömrük rüsümları tətbiq etməsi xəbərləri yayıldı. Tramp təcili toplantı çağıraraq Çin mallarına mövcud rüsümların artırılması və yeni $250 mrld. mal qrupuna növbəti rüsümların tətbiq olunması barədə qərar qəbul etdi. Bunun ardınca dollar indeksi 80 bənd kəskin ucuzlaşdı ki, bu da bazarlarda ciddi volatillik yaratdı.
Cümə günü baş verən kəskin dəyişikliklər ardından bu həftə valyuta cütlüklərində kəskin korrektiv hərəkəti gözləmək olar. Risksiz alətlərə artan meylin davam edəcəyi ehtimalı daha çoxdur.
G7 sammitində liderlər arasındakı ikitərəfli görüşlər zamanı verilən bəyanatlar valtutalara ciddi təsir edir. Belə ki, Britaniyanın baş naziri Consonun Avrokomissiya rəhbəri Tuskla görüşü şərh edərkən:-"Brexitdə razılıq ola bilər, amma hər halda biz razılıqsız ssenariyə hazır olmalıyıq" deyib. Ardınca o, bildirib ki, razılıqsız "Brexit" nəticəsində Britaniya ödəməli olacağı təzminatı öz iqtisadiyyatına sərf edəcək.
Bu gün Bakı vaxtı ilə saat 12.00 və 16.30-da açıqlanacaq Almaniyanın Ifo biznes mühiti indeksi və ABŞ-da uzunmüddətli istifadə məhsulları üzrə sifarişlər barədə məlumatlar investorların diqqət mərkəzində olacaq.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
2 saat əvvəl
Yerli brend kişilərdən ibarət Azərbaycan milli komandasının sponsoru oldu - ANLAŞMA
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 4 saat əvvəl