Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Bu il rayonumuzda üzüm 20-25 faiz çox olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu il rayonumuzda üzüm 20-25 faiz çox olacaq"

Salyanda kütləvi üzüm yığımına başlanılıb. Bu il təsərrüfat işləri üçün əlverişli keçdiyindən və bağlarda nümunəvi becərilmə işləri aparıldığından üzümlüklərdə bol məhsul yetişib.

 

Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda rayonda həyətyanı sahələrlə birgə 1102,5 hektar üzüm bağı mövcuddur. Bunun da 933,9 hektarı barverəndir. Ötən il bağlardan 4743,3 ton məhsul toplanıb.

 

Bu il də plantasiyalarda məhsul çoxdur. Bağbanlar ilk olaraq daha tez yetişən süfrə üzümünün yığımını aparırlar. Qısa müddətdə sahələrdən 80 tondan çox üzüm yığılıb. Toplanmış məhsul yerli bazarlarla yanaşı, xarici bazarlara da göndərilir. Təsərrüfat sahiblərinin dediyinə görə, bu il məhsul ötən ildəkindən 20-25 faiz çox olacaq.

 

Qeyd edək ki, salyanlı bağbanlar bu gəlirli sahəni daha da inkişaf etdirmək üçün yerli sortlarla yanaşı, xarici ölkələrdən də məhsuldar tinglər gətirib əkirlər. Rayonda Fransadan gətirilmiş tinglər hesabına yeni üzüm bağları da salınır. Gətirilən üzüm sortlarından “Prima”, “Dallas”, “Ora” və “Kardinal” yerli iqlim şəraitinə yaxşı uyğunlaşır və yüksək məhsul verir.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Azərtac

26.08.2019 09:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ