Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın ikinci böyük su elektrik stansiyasında təmir işlərinə başlanılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ikinci böyük su elektrik stansiyasında təmir işlərinə başlanılıb

“Azərenerji” ASC “Şəmkir” SES-də təmir-bərpa işləri həyata keçirir.

 

ASC-dən verilən məlumata görə, ötən ilin payızından başlayaraq “Reabilitasiya Proqramı” çərçivəsində bu stansiyanın hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqat üçün sifariş əsasında gətirilən ehtiyat hissələri dəyişdirilib, 330 kV-luq blok avtotransformatoru əsaslı təmir olunub. Bununla itirilmiş güc bərpa olunub, dayanıqlıq və etibarlıq artırılıb.

 

“Hazırda əsas diqqət “Şəmkir” SES-in su tullayıcı qurğusuna yönəlib. Çünki 1983-cü ildə stansiya istismara veriləndən sonra su tullayıcı qurğuda heç bir təmir işləri aparılmayıb. Ona görə də bu qurğunun döşəməsində, tavanında, orta aşrımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəlib. Qurğuda su sızmalarının qarşısını almaq üçün yerli və xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə layihə hazırlanır və yaxın vaxtlarda əsaslı təmir işlərinə başlanacaq”, - deyə məlumatda bildirilir. 

 

Eyni zamanda planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, hidroaqreqat generatorların təsirlənmə sistemlərinin, idarəetmə mərkəzinin, SCADA dispetçer idarəetmə sisteminin, tezliyin və aktiv gücün avtomatik tənzimlənməsi sisteminin yenidən qurulması nəzərdə tutulub.

26.08.2019 11:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ