Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bakıda boya sexində güclü yanğın - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda boya sexində güclü yanğın - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı şəhərinin Nərimanov rayonunda boya sexində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası vasitəsi ilə söndürülüb.

 

Bu barədə Nazirliyə istinadən xəbər verilir.

 

XXX   XXX

Paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən boya sexində güclü yanğın baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.  

 

Nərimanov Rayon İcra hakimiyyətindən verilən məlumata görə, hadisə rayonun Heydər Əliyev prospekti, 133c ünvanında baş verib. Məlumata görə, həmin ünvanda yerləşən fərdi şəxsə məxsus boya sevində qəfil yanğın hadisəsi baş verib.

 

XXX

 

Bakı Nəqliyyat Agentliyi (BNA) Nərimanov rayonu ərazisində boya sexində yanğınla bağlı məlumat yayıb. 

 

BNA-dan verilən xəbərə görə, yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda “Ulduz” stansiyası ilə Heydər Əliyev prospektini birləşdirən Araz küçəsindən istifadə etməmələri xahiş olunur.

27.08.2019 10:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ