Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avroya təsir edə biləcək məlumatlar investorların diqqət mərkəzində!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avroya təsir edə biləcək məlumatlar investorların diqqət mərkəzində!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Parlament mane olmasın...


 

Dünən birjalarda funtun kəskin ucuzlaşması səbəbi İngiltərənin baş naziri Boris Consonun kraliçaya müraciət edərək parlamentin fəaliyyətini 9 sentyabrdan 14 oktyabradək dayandırılmasına nail olmasıdır. 

 

Belə ki sərt "Brexit" tərəfdarı kimi tanınan Conson öz planlarını həyata keçirilməsində parlamenti əsas maneə kimi görür. Parlament ona etimadsızlığı müzakirəyə çıxarmaqla planları poza bilər və Conson öz sələfi Tereza Meyin aqibətini yaşamamaq üçün belə bir gözlənilməz addım atmışdır. Parlament öz fəaliyyətini 3-9 sentyabr aralığında dayandıracaq. 9 sentyabr 14 oktyabr aralığında parlament tətilə yollanacaq. Məhz bu fasilədən faydalanaraq Conson Avropa Birliyi ilə danışıqları davam etdirməyi düşünür. Bu danışıqların hər bir mərhələsi investorların diqqət mərkəzində olacaq. Artıq  Boris Conson, ABŞ prezidenti Tramp sayağı bəyanat və hərəkətləri ilə bazarlara ciddi təsir edən fiqura çevrilir. 

 

Bu gün Bakı vaxtı ilə saat 11.55-də açıqlanacaq Almaniyanın işsizlik səviyyəsində dəyişikliklə bağlı göstəricilər avronun qiymətinə təsir edə bilər. Saat 16.30 və 18.00-da ABŞ-dan açıqlanacaq ÜDM, İşsizlik müavinətı üzrə ərizələrin sayındakı dəyişiklik və Yeni mənzil satışları göstəriciləri investorların diqqət mərkəzində olacaq. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

29.08.2019 07:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ