Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Veysəloğlu Yaycılı Qardaşlar” şirkəti yenidən cərimələnib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Veysəloğlu Yaycılı Qardaşlar” şirkəti yenidən cərimələnib

Nizami Rayon Məhkəməsi “Veysəloğlu Yaycılı Qardaşlar” MMC-nin ("Ulduz Şokolad Fabriki") inzibati qaydada cərimələnməsi barədə qərar çıxarıb.

 

Məlumata görə, şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokola əsasən 8750 avro (35000 avronun iyirmi beş faizi miqdarında) cərimə edilib.

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın sərt valyuta qanunvericiliyi ölkəyə mürəkkəb avadanlıqlar idxal edən sahibkarlara və şirkətlərə qarşı ciddi maliyyə sanksiyaları tətbiq etməyə əsas verir.  Ətraflı: "Şirkətlər cərimələnir, məhkəmələr sübutları nəzərə almırlar"

 

Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.

 

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

 

Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qərarından “Veysəloğlu Yaycılı Qardaşlar” MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

 

Xatırladaq ki, “Veysəloğlu Yaycılı Qardaşlar” MMC-nin eyni inzibati xəta ilə bağlı 48 min 128 avro 68 sent (təxminən 91 min 444 manat ) cərimə edilməsi barədə daha bir məhkəmə qərarı olub və Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilib.

 

Həmçinin bu ilin aprelində Maliyyə Bazarlarına Nəzarət Palatasının protokoluna əsasən “Veysəloğlu - Yaycılı Qardaşlar” MMC Nizami rayon məhkəməsinin qərarı ilə eyni maddə üzrə 111 min 150 Avro məbləğində cərimə edilmişdi.

 

1994-cü ildən topdan satış mərkəzi kimi fəaliyyətə başlamış “Veysəloğlu” satış, distribüter və istehsal şirkətidir. 2001-ci ildən etibarən şokolad və karamel istehsalına başlayıb. Şirkətlər Qrupuna “Ulduz” şokolad fabriki də daxildir. 

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Report

29.08.2019 08:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ