Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Parlamentin tətilə buraxılması demokratiyaya təhqirdir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Parlamentin tətilə buraxılması demokratiyaya təhqirdir"

Böyük Britaniyanın Baş naziri Boris Consonun, ölkənin Avropa Birliyindən çıxış prosesində (Brexit) müxalifətin variantlarını məhdudlaşdırıb müqaviləsiz Brexit əleyhdarlarının manevr sahəsini azaltması qəzetlərin manşetində yer alıb. 
 

"Marja" xəbər verir ki, İngiltərə mətbuatı Parlamentin tətilə buraxılmasını demokratiyaya təhqir kimi qiymətləndirib.
 

Böyük Britaniyada hökumət, Kraliça 2-ci Yelizavetadan, 5 Sentyabrda məzuniyyətdən qayıdaraq işə başlaması planlaşdırılan Parlamentin yenidən tətilə buraxılmasını tələb etmiş, Kraliça də tələbi qəbul etmişdi. Qərara görə, Parlament  9 Sentyabr - 14 Oktyabr tarixlərində də tətil edəcək.
 

Beləliklə, millət vəkillərinin 31 Oktyabrdakı "Brexit"dən əvvəl Britaniyanın Avropa Birliyindən bir müqavilə olmadan ayrılmasını mane olacaq addımlar atması üçün qarşılarında çox az vaxt olacaq.

 

"Brexit" əleyhinə mövqeyilə tanınan "Guardian" qəzeti "Consonun parlamenti təxirə salmasına üsyan" başlığını verib. Ölkənin ən yüksək tirajlı qəzeti "Brexit" tərəfdarı "Daily Mail" isə "Conson əlcəkləri atıb" başlığını manşetə çıxarıb.
 
 
"Financial Times" qəzeti, "Conson "Brexit" planını qorumaq üçün parlamenti bağladı" - yazıb. "Times" qəzeti "Conson qazanmaq üçün hər yolu sınayır"  başlığını önə verib. "Brexit"i dəstəkləyən "Daily Telegraph" isə kabinetin  parlament gündəmini müəyyən etməkdən məsul naziri Yakob Rees-Moggun "Baş nazir haqqın iradəsinin təcəlli etməsini təmin etməlidir" sözlərini manşetdən verib.

 

Qəzetlərin baş məqalələrinin hamısı Boris Consonun parlamenti tətilə buraxması ilə bağlı idi.
 

"Financial Times"ın baş məqaləsində "qərar demokratiyaya təhqir olaraq" adlandırılıb. Xəbərlərdə qeyd edilib ki, millət vəkilləri hökumət haqqında etimad səsverməsi keçirməli və erkən ümumi seçki prosesini başlatmalıdır.

29.08.2019 09:13

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ