Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan vətəndaşlarından "Türk Telekom" tarifinə etiraz

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan vətəndaşlarından "Türk Telekom" tarifinə etiraz

Türkiyənin aparıcı telekommunikasiya şirkəti "Türk Telekom" mobil telefon abunəçiləri üçün tarif paketi istifadəyə verib. 

 

Reklam_3_11

Paketə Azərbaycan türkcəsində "Yaxşı tarif" ("Yaxşi tarife") adı verilib. 

 

Tarifə əsasən, Türkiyədən Azərbaycan, Qırğız Respublikası, Suriya, Tacikistan, Moldova və Ermənistana zəngin dəqiqəsi 19 qəpikdir (65 kuruş). Eyni zamanda tarifə qoşulan abunəçilərə Türkiyə, Gürcüstan, Ermənistan, Türkmənistan, Özbəkistan, Moldova, Qazaxıstan, Qırğızıstan və Tacikistan da daxil olmaqla 2000 dəqiqə pulsuz danışıq imkanı yaradılıb. Ancaq siyahıda Azərbaycanın adı yoxdur. Bu da Türkiyədə təhsil alan, işləyən və yaşayan Azərbaycan vətəndaşlarının böyük narazılığına səbəb olub. 

 

"Türk Telekom"un İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Melih Kocagil məsələdən xəbərsiz olduğunu bildirib. O, məsələni araşdırdıqdan sonra yazılı açıqlamasında Türkiyədə təhsil alan, işləyən və yaşayan Azərbaycan vətəndaşlarının "Yaxşı tarif" paketi və onun üstünlüklərindən yararlandığını qeyd edib.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Report

29.08.2019 11:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ