Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Veysəloğlu-Yaycılı Qardaşlar”dan cərimə xəbərinə münasibət

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Veysəloğlu-Yaycılı Qardaşlar”dan cərimə xəbərinə münasibət

 “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC (Ulduz Şokolad Fabriki) 29 avqust 2019-cu il tarixində, haqqında yayılan 8750 avroluq cərimə xəbərinə münasibət bildirib.

 

Reklam_3_11

“Veysəloğlu-Yaycılı Qardaşlar” MMC şirkətindən “Marja”ya verilən məlumata görə yayılan xəbərlərdəki məlumatlar yanlışdır və həqiqəti əks etdirmir. Bildirilir ki, şirkətin xəbərlərdə qeyd oldunduğu tarixli məhkəmə qərarı ilə və göstərilən məbləğdə cəriməsi yoxdur.

 

Qeyd edək ki, 29 avqust 2019-cu il tarixində bir sıra xəbər saytlarında dərc olunan məlumata əsasən, “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokol əsasında 8750 avro məbləğində cərimə edilib. İXM-nin 430.4-cü maddəsi isə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.


Xəbərdə o da qeyd olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qərarından MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib.

30.08.2019 13:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ