Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Şərab zirzəmisinin şərabları 10 lariyə satılacaq - FESTİVAL

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şərab zirzəmisinin şərabları 10 lariyə satılacaq - FESTİVAL

Gürcüstan paytaxtında təmir edilmiş Orbeliani meydanında ölkədə ilk dəfə sentyabrın 1-də Qvevri Şərab Festivalı keçiriləcək. Festivala Azərbaycanın şərab istehsalçıları da dəvət olunublar.

 

"Şərabla Gürcüstanda səyahət” adlı festivalın məqsədi turizmə dəstək vermək, beynəlxalq səviyyədə ölkəmizin nüfuzunu və imicini möhkəmləndirmək, Qvevri şərab təhsilinin səviyyəsini yüksəltmək, istehlakçı mədəniyyətini inkişaf etdirmək və şərab turizmini təşviq etməkdir.

 

Festival “Kiçik Ailə Zirzəmiləri”nin təşəbbüsü, Tbilisi bələdiyyəsi, Milli Şərab Agentliyi və Turizm İdarəsinin dəstəyi ilə təşkil olunacaq.

 

Festival çərçivəsində xalq və caz musiqilərindən ibarət konsert proqramları da təşkil ediləcək.

 

Bundan başqa, festival çərçivəsində qonaqlar məxsusi şərab küplərindən pulsuz olaraq müxtəlif şərabların dadına baxacaq. İştirakçılar şərab zirzəmisində hazırlanmış şərabların bir neçəsini cəmi 10 lariyə (3,5 dollar) ala biləcəklər. Turizmin təşviqi məqsədilə simvolik olaraq ən azı 30 şərab şüşəsi 10 lari qiymətinə satılacaq.

 

Milli Şərab Agentliyindən bildiriblər ki, Azərbaycandan gələn qonaqlar da festivalda öz məhsullarını sata bilərlər. Bunun üçün onlara xüsusi guşə yaradılacaq.

31.08.2019 13:52

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ