"Daha bir neçə bankın birləşməsi və bağlanması gözlənilir"
"Son məlumatlara əsasən, daha bir neçə bankın birləşdirilməsi və bağlanması gözlənilir".
Bu barədə hökumətin ötən ilki hesabatının parlamentdə müzakirəsi zamanı deputat Elmira Axundova bildirib:
"Ötən il bank sistemində xoşagəlməz proseslər getdi, artıq banklara inam azalıb. Banklar bağlandı və həmin banklardakı işçilər işsiz qaldı, kreditləri olan əhali əziyyət çəkdi. İnsanlar banklarla üz-üzə qaldı. Əhali banklardan vəsaitlərini kütləvi şəkildə geri götürdü", - deyə millət vəkili vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda bankların bağlanması və ya birləşdirilməsi problemin həlli yolu deyil.
O, bank faizlərinin yüksək olmasından şikayətlənib. "Banklar 29%-lə kredit verir. Bu sahədə təklif tələbdən çoxdur. Amma sahibkarlar risk edib bu kreditləri götürə bilmir. Bundan başqa, əhali bank kreditləri üzrə borclarını qaytara bilmir. Hesab edirəm ki, artıq bununla bağlı əməli tədbirlər görülməlidir", - deyə E.Axundova vurğulayıb.
E.Axundova bildirib ki, dərman qiymətləri aşağı düşəndən sonra bəzi dərmanların orijinalı satışdan yoxa çıxıb: "Hindistan, Türkiyə, Çindən onların əvəzedicisi olan ucuz dərmanlar gətirilir. Bu məsələ ciddi araşdırılmalıdır".
© Report, APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 d. əvvəl
- 3 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl