“Kartonpak” şirkətinin rəhbərinə vəzifə verildi
Ölkədə fəaliyyət göstərən qabaqcıl qablaşdırma məhsulları istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası təsis olunub.
“Marja” xəbər verir ki, bununla bağlı martın 17-də Bakı Biznes Mərkəzində tədbir keçirilib.
Tədbir iştirakçılarının təklifi əsasında “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası”nın təsis edilməsi məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. Assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair müzakirələr aparılıb, qurumun nizamnaməsi təsdiq olunub, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. “Kartonpak” MMC-nin rəhbəri Kamran Hacızadə assosiasiyanın İdarə Heyətinin sədri seçilib.
Göstərilən etimada görə təşəkkürünü bildirən Kamran Hacızadə “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası”nın fəaliyyətinin qablaşdırma məhsullarının istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlar arasında assosiativ əlaqələrin qurulması, onların qarşılaşdıqları problemlərin birgə həlli, eləcə də ixrac imkanlarının genişləndirilməsi baxımından səmərəli olacağını qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
7 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
8 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
8 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
9 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 9 saat əvvəl