Hərraclarda Neft Fondunun valyuta satışının artmasının səbəbi açıqlandı
"Hərraclarda hələ də satıla bilməyən əhəmiyyətli məbləğdə valyuta vəsaitləri qalıb. Bu da manatın məzənnəsini möhkəmlənmə təsiri altında saxlayır."
Dünən Azərbaycan Respublikası Dövlət Neft Fondu, 2019-cu ilin avqust ayı ərzində Mərkəzi Bankda keçirilən hərraclarda 815,4 milyon ABŞ dolları məbləğində vəsait satdığını açıqlayıb. Fond 2019-cu ilin iyul ayı ərzində hərraclarda 434,9 milyon ABŞ dolları məbləğində vəsait satmışdı. Beləliklə, iyul ayı ilə müqayisdə Avqust ayında Fondun vəsait satışı 1,9 dəfə artıb.
Hərraclarda valyuta satışının 2 dəfəyə yaxın artması diqqəti cəlb edir. Həmçinin, “yenidən hərraclarda Dollara tələb artıb?” sualını ağıllara gətirir.
“Marja.az” məsələ ilə bağlı Mərkəzi Banka mürəciət edib. Mərkəzi Bankdan “Marja”nın sorğusuna cavab olaraq bildirilib:
“Dövlət Neft Fondunun avqust ayında valyuta satışlarına dair bildiririk ki, xarici ticarət balansının profisitli (müsbət saldolu) olması ilə əlaqədar valuta hərraclarında təklifin tələbi üstələməsi dinamikası davam edir. Bütövlükdə hərraclarda hələ də satıla bilməyən əhəmiyyətli məbləğdə valyuta vəsaitləri qalmışdır ki, bu da manatın məzənnəsini möhkəmlənmə təsiri altında saxlayır. Dövlət Neft Fondunun valyuta vəsaitlərinin avqust ayında satışının həcminin artması isə dövlətin xarici öhdəliklərinin qrafiki ilə bağlıdır. Belə ki, avqust ayında dövlətin vaxtı çatan xarici öhdəliklərinin həcmi 300 milyon ABŞ dollarınadək (ümumi tələbin 36,8%-i ) olmuşdur ki, bu da ötən dövrdə valyuta hərraclarında satılmamış vəsaitlər hesabına təmin olunmuşdur”.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 34 d. əvvəl
-
-
37 d. əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
53 d. əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
1 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Ən çox oxunanlar
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























