“AzerGold” “Filizçay”ın 100 faiz səhmdarı olmalıdır. Sonra yatağın qiyməti qalxacaq, onda xarici investorlar da bu yatağa cəlb oluna bilər"
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyev çıxışında bildirib ki, "biz işimizi iki istiqamət üzrə qururuq":
Birincisi, dövlət xətti ilə. “AzerGold” şirkəti bu məsələləri həll edəcək. İkincisi, özəl sektorun iştirakı ilə. Bu sahə özəl sektor üçün də açıqdır və mövcud olan kontraktlar da icra edilir. Əgər dediyim o xarici tərəfdaşlar tərəfindən aparılan geoloji kəşfiyyat işləri nəticə verərsə, təbii ki, xarici investorlar da iştirak edəcəklər. Biz bunu alqışlayırıq. Çünki bu, yenə də deyirəm, çox maliyyətutumlu sahədir və burada əhəmiyyətli dərəcədə yeni qızıl, mis, molibden yataqları aşkarlanarsa, onda bütün sikl - zənginləşdirmə və emal zənciri yaradılmalıdır. Çünki əgər əhəmiyyətli dərəcədə aşkarlanarsa, bu resursları sadəcə olaraq filiz kimi dünya bazarlarına çıxarmaq səhv olar.
Növbəti istiqamət Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağıdır. Bu yataq qeyd etdiyim kimi, çox perspektivlidir və artıq bir neçə ildir ki, “AzerGold” şirkəti bu yatağın istismara hazırlanması ilə bağlı işlər görür. Hesab edirəm ki, tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalıdır və yekun investisiya qərarı da qəbul edilməlidir. Mən hesab edirəm ki, “AzerGold” bu yatağın 100 faiz səhmdarı olmalıdır. İstismar getdikcə təbii ki, bu yatağın qiyməti də, dəyəri də qalxacaq. Onda biz baxa bilərik. Ola bilər, müəyyən faiz səviyyəsində, - əgər maraq olarsa, mən əminəm ki, olacaq, - xarici investorlar da bu yatağa cəlb oluna bilər.
Prezident qeyd edib ki, bu yaxınlarda Qərb Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalanıb: "Sənaye parkları Azərbaycanda artıq bir çox bölgələrdə, demək olar ki, hər bir bölgədə var, o cümlədən aqroparklar. Sənaye parklarının və aqroparkların fəaliyyəti nəticəsində milyardlarla manat əlavə dəyər yaradıldı, o cümlədən ixrac potensialımız gücləndirildi.
Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır. Çünki “Daşkəsən” filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır. Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur. Zənginləşdirmə, pelet və breketlənmiş dəmir zavodları yaradılmalıdır. Burada, təbii ki, bu filizin daşınması önəmli yer tutur. Ona görə bu daşınmada, yəni tariflərdə güzəştlər edilməlidir ki, iqtisadi cəhətdən səmərəli olsun. Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir. Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir. Ona görə həm təbiətin qorunmasını, həm ekoloji normaların ən yüksək standartlara cavab verməsini, əlbəttə ki, biz xarici tərəfdaşlardan tələb edirik və tələb edəcəyik. Əgər ona əməl etməsələr, onlar cəzalandırılacaq. Təbii ki, dövlət şirkəti olan “AzerGold” bütün ekoloji standartlara cavab verməlidir".
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
18 saat əvvəl
Fransada lüks mağazalara hücumlar – Vitrinlər sındırılıb, bahalı mallar aparılıb
-
- 1 gün əvvəl
-
2 gün əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
2 gün əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
2 gün əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
2 gün əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım























