Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Trampdan Ruhani ilə görüşməyə yaşıl işıq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampdan Ruhani ilə görüşməyə yaşıl işıq

ABŞ Prezidenti Donald Tramp, Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası zamanı İran Prezidenti Həsən Ruhani ilə görüşmək ehtimalına açıq olduğunu deyib.



  
ABŞ Prezidenti Donald Tramp, Ağ Evdə keçirilən bir tədbirdə mətbuat nümayəndələrinin xarici siyasətlə bağlı suallarını cavablandırıb.
 

"Marja" xəbər verir ki, İranda bir rejim dəyişikliyi arxasınca olmadıqlarını qeyd edən Tramp, İranın 2,5 il əvvəlki ölkə olmadığını və ABŞ ilə müqavilə bağlamağı çox istədiyini iddia edib.
 

Bu ayın sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası danışıqlarında İran Prezidenti Ruhani ilə görüşüb, görüşməyəcəyinə dair bir suala Tramp, "Bilmirəm. Hər şey mümkündür. Öz problemlərini həll etmək istəyirlər. Maliyyə olaraq pisə gedirlər. Biz bu problemləri 24 saatda həll edə bilərik",- deyərək cavab verib.
 

 "Makron vasitəsilə danışıqlar aparmırıq"
 

Fransa Prezidenti Emmanuel Makronun vasitəçilik təşəbbüsünə toxunan Tramp,"Prezident Makronun təşəbbüsünü təqdir edirəm, amma Makron üzərindən danışıqlar aparmırıq, birbaşa danışırıq. Anlaşılmaq (İran ilə) üçün heç kəsə ehtiyacımız yoxdur, birbaşa müqavilə bağlaya bilərik", -şəklində danışıb.
 
 

"Huawei milli təhlükəsizlik məsələsidir"


 
Tramp, Çinin "Huawei" şirkəti ilə bağlı,"Huawei, ordumuz və xüsusi xidmət orqanlarımız üçün əhəmiyyətli bir narahatlıq mənbəyidir. Bu səbəbdən Huawei ilə iş görmürük. Bu bir milli təhlükəsizlik məsələsidir", -ifadəsini istifadə edib.
 

İngiltərədəki son proseslərə də toxunan Tramp, Baş nazir Boris Consonun yaxşı bir dostu olduğunu vurğulayaraq, "Boris necə qazanacağını bilir. Onun üçün narahat olmağınıza ehtiyac yoxdur", - şərhini edib.

05.09.2019 08:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ