Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İqtisadiyyat naziri AYİB ilə müzakirələr aparıb - AZƏRBAYCAN FONDA QOŞULA BİLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
İqtisadiyyat naziri AYİB ilə müzakirələr aparıb - AZƏRBAYCAN FONDA QOŞULA BİLƏR

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone ilə görüşüb.

 

Nazirliyin yaydığı məlumatda bildirilir ki, Azərbaycan və AYİB arasında səmərəli və uzunmüddətli əməkdaşlığı diqqətə çatdıran Şahin Mustafayev Bankın Azərbaycanda infrastruktur layihələrinin reallaşdırılmasına və özəl sektorun inkişafına göstərdiyi dəstəyi, enerji, infrastruktur, nəqliyyat sahələrində müxtəlif layihələri maliyyələşdirdiyini, banklara kredit xətti açdığını, özəl şirkətlərə birbaşa kredit ayırdığını vurğulayıb.

 

Qeyd edilib ki, Cənub Qaz Dəhlizi layihəsinin, avtomobil yollarının tikintisi layihələrinin AYİB tərəfindən dəstəklənməsi mühüm əhəmiyyət daşıyır. Beynəlxalq maliyyə institutları, o cümlədən AYİB-lə birgə həyata keçirilən layihələrdə qabaqcıl təcrübənin tətbiq olunması, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi xüsusi önəm kəsb edir.

 

Görüşdə Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və prioritetləri, özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib və bütün bunların ölkəmizlə AYİB arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaratdığını diqqətə çatdırıb.

 

Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, aparılan müzakirələrin Azərbaycan və AYİB arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb, əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bölüşüb.

 

Görüşdə 2019-cu ilin noyabrında Londonda keçiriləcək Şərq Tərəfdaşlığı üzrə İnvestisiya Forumu, kiçik və orta biznes sahəsində əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə Azərbaycanın AYİB-in Texniki Əməkdaşlıq Fonduna qoşulması, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə AYİB arasında əməkdaşlıq, iqtisadiyyatın müxtəlif sahələri üzrə layihələrin maliyyələşdirilməsi məsələləri müzakirə olunub.

 

05.09.2019 09:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ