Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Palatada AYİB-in Manatda istiqraz emissiyası planı müzakirə edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palatada AYİB-in Manatda istiqraz emissiyası planı müzakirə edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti arasında görüş keçirilib.

 

Palatanın yaydığı məlumatda bildirilir ki, görüş zamanı AYİB tərəfindən Azərbaycan Respublikasında yerli valyutada istiqraz emissiyasının həyata keçirilməsi, ölkəmizin qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə törəmə maliyyə alətləri istiqamətində atılmış addımlar, gələcək üçün əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların maliyyə sisteminə müsbət təsirləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

 

Bildirilib ki, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara məxsus yerli valyutada emissiya olunacaq qiymətli kağızların fond birjasında listinqə çıxarılması və kütləvi təklif üsulu ilə yerləşdirilməsi ölkənin qiymətli kağızlar bazarının inkişafına və dərinləşməsinə əlavə stimul yaradacaq.

 

Maliyyə bazarlarında önəmli məsələlərdən biri kimi fiziki şəxslərin problemli kreditlərinin həll olunması istiqamətində ölkə başçısı tərəfindən imzalanmış Fərman və bu Fərman çərçivəsində sektorun sağlamlaşdırılması və effektivliyinin artırılması məqsədilə görülmüş işlər barədə danışılıb.

 

Daha sonra, kiçik və orta biznes subyektlərinin maliyyə əlçatanlığının yaxşılaşdırılması üçün Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin, özəl kredit bürolarının fəaliyyətə başlaması, həmçinin Strateji Yol Xəritələrinin icrası üzrə maliyyə sisteminin inkişafında atılmış addımlar barədə görüş iştirakçılarına məlumat verilib.

 

Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə yeni təyin olunmuş İdarəedici Direktoru Matteo Patrone, ilk öncə, qiymətli kağızlar bazarının inkişafı istiqamətində Palata ilə AYİB arasında mövcud əməkdaşlıq çərçivəsində reallaşdırılmış işlər barədə məlumat verib.

 

AYİB-in Azərbaycan üzrə apreldə açıqlanmış yeni strategiyasına əsasən kiçik və orta biznes, həmçinin aqrobiznes subyektlərinin maliyyələşməsinin prioritet hesab edildiyini nəzərə alaraq, Azərbaycanda bu sferada həyata keçirilən islahatlar yüksək qiymətləndirilib və əlaqələrin daha da genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

05.09.2019 15:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ