Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Qala Həyat” icbari sığorta növləri üzrə satışını artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Həyat” icbari sığorta növləri üzrə satışını artırıb

Azərbaycanın həyat sığortası bazarının aparıcı şirkətlərindən olan “Qala Həyat” sığorta şirkəti 2019-cu ilin yanvar-iyul ayları üzrə maliyyə göstəricilərini açıqlayıb.

 

Reklam_3_11

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən "Marja"ya verilən məlumata görə, tətbiq edilmiş duzgün strategiya nəticəsində əvvəlki dövrlərdə olduğu kimi şirkətdə inkişaf uğurla davam edir.

 

Qeyd olunan dövr ərzində şirkətin peşəkar satış komandasının uğurlu fəaliyyəti nəticəsində 2019-cu ilin yanvar-iyul ayları ərzində 7 222 905 manatdan çox sığorta haqqı toplanılıb.  

 

Göstəricilərə əsasən, sığorta portfelində icbari sığorta növünün payı daha da artıb. Belə ki, son bir illə müayisədə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə satışın həcmi 10%-dək artıb.

 

Onu da qeyd edək ki, hesabat dövründə şirkət sığorta ödənişlərini müvafiq qanunvericiliyin tələbinə uyğun qaydada operativ və vaxtında həyata keçirib və bunun nəticəsində müştərilərə 4 422 217 manatdan çox sığorta ödənişi verilib.

 

Qeyd edək ki, Qala Həyat” şirkəti göstərilən xidmətlərdə biznes strategiyasına əsaslanan müştəri məmnuniyyəti meyarını hər zaman yüksək dəyərləndirilərək pririotet hədəflər sırasında saxlayır.

 

Azərbaycanda etibarlı həyat sığortaçısı kimi tanınan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı üzrə xidmətlər göstərir.

06.09.2019 10:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ