Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Özəl bank və Dövlət Toxum Fondu arasında razılaşma

iç səhifə xəbər başlığı altı (mobil)_31
Özəl bank və Dövlət Toxum Fondu arasında razılaşma

"AccessBank" və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.


Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, sənədi "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov və Dövlət Toxum Fondunun sədri Emin Əliyev imzalayıblar.

Reklam_3_11


Protokola əsasən, tərəflər ticarət imkanlarının araşdırılması, təcrübə mübadiləsi, birlikdə treninqlərin keçirilməsi kimi sahələrdə əməkdaşlıq edəcəklər.


Protokolun imzalanmasını şərh edən Anar Həsənov bildirib: "Bankımız dövlət qurumları ilə məhsuldar əməkdaşlıq etməklə, iqtisadiyyatın müxtəlif sahələrinin, xüsusilə aqrar sektorun inkişafına dəstək verməyə davam edir. Dövlət Toxum Fondu ilə imzalanan Niyyət Protokolu bir daha göstərir ki, biz bu əməkdaşlığın genişləndirilməsində maraqlıyıq. Şübhəsiz ki, bu əməkdaşlıqdan ən çox aqrar sektorda fəaliyyət göstərən sahibkarlar və fermrərlər qazanacaq".


Öz növbəsində Emin Əliyev qeyd edib: "AccessBank fermerlərə xarici praktikada istifadə olunan maliyyə alətlərindən sərfəli şərtlərlə yararlanmaq imkan yaradacaq ki, bu da öz növbəsində Dövlət Toxum Fondunun dünya miqyaslı çoxşaxəli əlaqələrindən istifadə edərək yüksək keyfiyyətli toxumların idxal olunmasına şərait yaradacaq".

09.09.2019 09:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ