“AqroPlatforma” aqrar məhsulların istehsalı və ixracı imkanlarını öyrənir
“AqroPlatforma” kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı potensiallarını araşdırır. Bu məqsədlə "AqroPlatforma"nın rəhbəri Elnur İslamov rayonlarda görüşlər keçirməyə başlayıb. 11 Mart 2017-ci il tarixində Sabirabad rayon icra hakimiyyətində, yerli istehsalçılar və ekspertlər ilə görüşlər keçirilmişdir.
Rayonda ilk görüş Sabirabad Rayon Hakimiyyətində Başçısının birinci müavini Həsən Həsənov ilə olmuşdur. Görüş zamanı cənab Həsənov rayonun iqtisadi və sosial vəziyyətindən danışıb.
Səmimi və dost şəraitində təşkil olunan Sabirabad rayon icra rəhbərliklərilə görüşlər zamanı E.İslamov ölkə başçısının xüsusi diqqət və qayğısının aqrar sahənin inkişafına yönəldilməsi təsadüfi olmadığını vurğulayaraq, "məhz bu sahənin inkişafı hal-hazırda regionların sosial-iqtisadi inkişafının, o cümlədən aqrar məhsulların istehsalın və rəqabətədavamlı ixrac məhsullarımızın artırılması, əkilə bilən torpaq sahələrin genişləndirilməsinə yönəldilmişdir" - deyə bildirmişdir.
Səfər zamanı həmçinin Sabirabadın məşhur Suqovuşan kəndində istixana, quşçuluq və heyvandarlıq təsərrüfatları ilə tanış olunmuş, istehsalçılar məsləhətləşmələr aparılmışdır.
“AqraPlatforma”nın təşəbbüsü ilə rayonun kənd təsərrüfatı məhsulların istehsal həcmi, satış və ixrac imkanları ilə bağlı ilkin çalışmalar aparılmışdır.
Qeyd edək ki, AqroPlatforma təşəbbüsü ölkədə aqraq sahə ilə bağlı aidiyyatlı hökümət, yerli və xarici qeyri-hökümət təşkilatları, aqrar məhsul istehsalçıları, elm və universitet arasında əlaqələndirici və koordinasiya işlərinin aparıması məqsədi ilə 2015-ci ildə bir ictimai təşəbbüs kimi yaradılmışdır. Yarandığı ilk ayında fəaliyyəti isə ölkədə ilk dəfə təşkil olunan "Tarla Günləri-Qəbələ 2015" layihəsində təşkilati dəstəkçisi olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
7 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
7 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
8 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 8 saat əvvəl