Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bağlanmış holdinqin binası otel kimi fəaliyyət göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bağlanmış holdinqin binası otel kimi fəaliyyət göstərəcək

Bir neçə aydır söküntüsü gedən “Garant Holdinq”in binasında işlər hələ də davam edir.

 

Binaya bərkidilmiş kran vasitəsilə üzlüyünə vurulmuş alkopan şüşələr sökülür və həyətdə paketlənərək yığılır. 

 

Məlumata görə, binanın yalnız üzlüyü söküləcək, divarlarına toxunulmayacaq. Hətta damda yerləşən və müzakirələrə səbəb olan helikopter meydançası da qalacaq. Söküntü işləri iki növbəli sistemlə aparılır, gündüzlər üzlük və binanın daxilində bəzi hissələr sökülür. Axşam saatlarında isə söküntünün tullantıları daşınır. Sifarişçi şirkətdən əsas tapşırıq belə olub ki, söküntü maksimum sakit şəkildə, ətrafda yaşayan əhalini narahat etməyəcək səviyyədə aparılsın. Buna görə də söküntü və təmir işlərinin bundan sonra təxminən 2 il davam edəcəyi planlaşdırılır.

 

Bina əvvələr keçmiş nəqliyyat naziri Ziya Məmmədovun olsa da, artıq “Paşa Holdinq”in balansındadır. İşin sifarişçisi adıçəkilən holdinq, icraçısı isə “Baykon” MMC-dir.  İki binadan ibarət kompleksin üzlüyü tam söküləndən və yenidən təmir edildikdən sonra burada iki böyük şirkət fəaliyyət göstərəcək. Əvvəllər “Garant Holdinq”in yerləşdiyi 12 mərtəbəli bina artıq otel kimi fəaliyyət göstərəcək. Adı “Hilton Garden Inn” olacaq otelin üzlüyü tamamilə şüşə ilə örtüləcək.

 

Onunla yanaşı olan ikinci binanın aşağı mərtəbələrində “Bravo” supermarketi açılacaq. Yuxarı mərtəbələr isə biznes mərkəzi kimi fəaliyyətini davam etdirəcək.

 

Hadisə şahidləri Ziya Məmmədovun oğlu Anar Məmmədovun binanın əsas girişinin qarşısında, təxminən 20-30 metr məsafədə yerləşən Şimali Makedoniya konsulluğunda işlədiyini qeyd edib. Onun hər gün işə diplomatik seriya nömrəli “Mercedes Galendevagen”lə gəldiyi bildirilib. 

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© “Qafqazinfo”

09.09.2019 13:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ