Futbol tarixində milyard avro səviyyəsini keçən ilk klub oldu

Milyard avroluq ilk heyət "Manchester City"də


 

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Avropanın 5 böyük liqası kimi qiymətləndirilən İspaniyanın (La Liqa), Böyük Britaniyanın, (Premier Liqa) Almaniyanın, (Bundesliqa) İtaliyanın və (Seriya A) Fransanın (Lig 1) ən yüksək futbol liqalarında 98 klubu əhatə edən bir hesabat hazırlayıb.
 

"Marja" xəbər verir ki, hesabata görə, son 2 ilin Premier Liqa çempionu "Manchester City" heyətindəki oyunçulara görə indiyədək ən çox bonus servis ödəyən kulubdur. "Manchester City" xərclədiyi 1 milyard 14 milyon avro ilə futbol tarixində milyard avro səviyyəsini keçən ilk klub olub.

 

Futbolda bonus servis, futbolçunun bir başqa komandaya transfer edilməsi üçün ödənən pula deyilir.
 

Bu yay transferə 168 milyon avro xərcləyən "Manchester City", baş məşqçi Pep Guardiolanın vəzifəsinə başladığı 2016-ci ilin yayından bu yana 750 milyon avrodan çox bonus servis ödəyib.
 

222 milyon avro ilə tarixin ən yüksək bonus servisini alan futbolçusu Neymarı tərkibində saxlayan "Paris Sen-Jermen"  913 milyon avro bonsu servis xərcləri ilə 2-ci yeri tutub.
 
 
 Avropanın 5 böyük liqasında, heyətindəki oyunçular üçün ən çox bonus servis xərcləmiş 10 futbol klubu:
 
1. Manchester City (İngiltərə): 1 milyard 14 milyon avro
 
2. Paris Saint-Germain  (Fransa): 913 milyon avro
 
3. Real Madrid  (İspaniya): 902 milyon avro
 
4. Manchester United (İngiltərə): 751 milyon avro

5. Juventus (İtaliya): 719 milyon avro
 
6. Barcelona (İspaniya): 697 milyon avro
 
7. Liverpool  (İngiltərə): 639 milyon avro
 
8. Chelsea  (İngiltərə): 561 milyon avro
 
9. Atletico Madrid (İspaniya): 550 milyon avro
 
10. Arsenal (İngiltərə): 498 milyon avro

10 Sentyabr 2019 , 10:59   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin