Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"10 min dollara qədər qorunmayan əmanəti olanların pulu ilk növbədə qaytarılacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"10 min dollara qədər qorunmayan əmanəti olanların pulu ilk növbədə qaytarılacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu banklarda 10 min ABŞ dollarına (17 min manata) qədər qorunmayan əmanəti olan fiziki şəxslərin pulunu ilk növbədə qaytaracaq. 

 

Reklam_3_11

Bu barədə ləğv prosesində olan "Atra Bank" ASC-nin Kreditorlar Komitəsinin sədri Bayram Abbasov məlumat verib. 

 

Onun sözlərinə görə, Fond bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və ödənişə icazə verilməsini istəyib. Məhkəmə, qanunvericiliyə əsasən, ödəniş məsələsində 7-ci növbədə olan qorunmayan əmanət sahiblərinin 1-ci növbəyə keçirilməsinə icazə verib. 

 

"Bizim dəfələrlə ölkə rəhbərliyinə, Milli Məclisə müraciətlərimiz olmuşdu. Bu müraciətlər Fonda çatdırıldı və qərara alındı ki, 10 min dollara qədər qorunmayan əmanəti olanların pulu ilk növbədə qaytarılsın. Təkcə "Atra Bank"da 882 belə əmanətçi var. Amma "Bank Standard"da onların sayı 16 mindir. Bu güzəşti dövlətin humanist addımı kimi qiymətləndiririk", - deyə sədr qeyd edib. 

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Report

12.09.2019 08:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ