Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

iç səhifə xəbər başlığı altı (mobil)_31
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

Reklam_3_11

EUR

 

Amerikada inflyasiyanın sürətlə artması və Amerika Mərkəzi Bankının gələcək faiz artımı qərarları fonunda gözləntilər maliyyə bazarlarında dolların ucuzlaşmasına səbəb olur. Bu isə öz növbəsində digər aparıcı valyutaların da bahalaşmasına təsir edir. Təkcə EUR/USD məzənnəsi keçən həftə ərzində 1.08$-a kimi bahalaşıb. Bu həftə isə məzənnənin 1.06$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Avropa Mərkəzi Bank sədri Mario Draqinin sonuncu çıxışı da avronu təzyiq altında saxlayır. O, yumşaq siyasətə bir müddət də davam edəcəklərini açıqlayıb.

 

GBP

 

Böyük Britaniya funt sterlinqinin də bahalaşdığının şahidi oluruq. Keçən həftə 1.24$-a kimi 3% bahalaşan, GBP/USD məzənnəsi bu həftə yenidən 1.22$-a kimi ucuzlaşa bilər. Böyük Britaniyanın Avropa Birliyindən ayrılması ərizəsinin artıq parlamentdə və II Elizabet tərəfindən təsdiq və ayın sonlarında təqdim edilməsi gözləntiləri maliyyə bazarlarında funt sterlinqə də təzyiq edəcəyi gözlənilir.

 

TRY

 

Türkiyə Mərkəzi Bankının (TCMB) siyasətini sərtləşdirəcəyi gözləntiləri keçən həftə Türk lirəsinin 3.60TL-ə kimi bahalaşmasına təsir etsə də, TCMB-nin siyəsətində hər hansı dəyişikliyin edilməyəcəyi açıqlaması Türk lirəsinin yenidən ucuzlaşmasına səbəb olub. Türkiyə maliyyə bazarlarında artıq 3.64TL-ə kimi ucuzlaşan qiymət əlavə olaraq 3.69TL-ə kimi də ucuzlaşa bilər.

 

OIL

 

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti 51$-ın üzərində ticarət edilməkdədir. Qiymət bu səviyyənin üzərində qalarsa, 53$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

GOLD

 

Əlvan metallar bazarında isə qızıl qiyməti keçən həftə 1234$-a (39.6 $/qram) kimi bahalaşıb və 1237$ (39.7 $/qram), 1247$-a (40.0 $/qram) kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

 

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 


 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

22.03.2017 16:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ