Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Şərab zavodu özəlləşdirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şərab zavodu özəlləşdirilib

30 Avqust 2019-cu il tarixində Vergilər Nazirliyi tərəfindən "Cəlilabad Şərab - 9" ASC dövlət qeydiyyatına alınıb. 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, açıq səhmdar cəmiyyətinin hüquqi ünvanı Cəlilabad rayonu, Günəşli kəndidir.

 

"Cəlilabad Şərab - 9" ASC-nin nizamnamə kapitalı 375 min 214.4 manatdır. Şirkətin qanuni təmsilçi Talıbov Vaqif Murtuz oğludur.


Bu ilin Yanvarında Əmlak Məsələləri Dövlət Komitəsi “Cəlilabad-Şərab-9” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 99,72%-nin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi. İddiaçılar qarşısında qoyulan şərt və tələblərə görə, müəssisənin fəaliyyətinin bərpası və digər istehsal (emal) sahəsinin yaradılması üzrə ümumi həcmi 400 000 manatdan az olmayan İnvestisiya Proqramı təqdim edilməli idi. Komitə İnvestisiya müsabiqəsinin yekunu barədə məlumat açıqlamayıb.

 

"Cəlilabad Şərab - 9" ASC-nin yenidən dövlət qeydiyyatına alınması və onun qanuni təmsilçisininTalıbov Vaqif Murtuz oğlu olması zavodun özəlləşdirildiyinə işarədir.

 

“Cəlilabad-Şərab-9” “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində idi. 1981-ci ildə istifadəyə verilmiş "Cəlilabad Şərab - 9" üzüm emalı və şərab istehsalı ilə məşğul olub.

13.09.2019 07:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ