Apple-dən yeni iPad
ABŞ-ın texnologiya nəhəngi Apple, yeni planşet modeli iPad-ı təqdim edib.
Apple-dən edilən açıqlamada, ekran ölçüsü 9,7 inch (24,6 santimetr) və ekran həlledilməsi 2048x1536 olan yeni iPad-ın tor qişa ekranının əvvəlki modellərdən daha parlaq olduğu bildirilib.
Yeni iPad-ın batareya ömrünün 10 saat, ön və arxa kameralarının müvafiq olaraq 1,2 və 8 meqapiksel, çəkisinin 454 qram və qalınlığının 7,5 millimetr olduğu bildirilib.
64 bit A9 çip prosessora malik olan yeni iPad, iOS 10 əməliyyat sistemi və Touch ID barmaq izi sensoru ilə təchiz edilib.
Yeni iPad-ın 32 GB yaddaşa malik olan versiyası 329 dollardan bazara təqdim olunacaq. ABŞ daxil 20-dən artıq ölkədəki istifadəçilər sifarişlərini 24 Martdan etibarən verə biləcəklər.
Apple, həmçinin, iPhone 7 və iPhone 7 Plus cib telefonları üçün qırmızı alüminium korpusların bazara təqdim olunacağını və bu modellərin satışından əldə edilən gəlirin HIV və QİÇS-in ilə mübarizə üçün Global Fund adlı beynəlxalq təşkilata bağışlanacağını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 44 d. əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
3 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 5 saat əvvəl