Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Maaş və sosial müavinətlər üçün 10 milyard manatlıq xərc

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maaş və sosial müavinətlər üçün 10 milyard manatlıq xərc

2020-cu ilin dövlət büdcəsində əməyin ödənişi və sosial müavinətlər üzrə 9 milyard 937 milyon manat xərclər nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozlaşdırılan dövlət büdcəsinin təxminən 39%-dir.

 

Reklam_3_11

Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə minimum əmək haqqının, bir sıra sosial müavinətlərin və təqaüdlərin, dövlət qulluqçularının, hüquq muhafizə orqanları əməkdaşlarının, müəllimlərin, büdcədən maliyyələşən bir sıra digər təşkilatlarda çalışanların əmək haqqlarının artırılması, habelə əmək pensiyasının minimum məbləğinin artırılması haqqında qanunvericiliyə edilən dəyişikliklər sosialyönlü xərclərin artımını şərtləndirmişdir.

 

2020-ci ildə əməyin ödənişi üzrə xərclər 6 milyard 723,4 milyon manat, təqaüdlər və sosial müavinətlər üzrə xərclər 3 milyard 213,4 milyon manat (o cümlədən, Dövlət Sosial Müdafiə Fonduna transfert 1 milyard 426,9 milyon manat), icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclər 902.9 milyon manat, ərzaq məhsullarının alınması və təminatı xərci 414 milyon  manat və digər sosialyönlü xərclər 81,2 mln. manat təşkil edəcəkdir.

 

Xəbər verdiyimiz kimi, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484,0 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. 

 

2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 617,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur.

 

2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1 milyard 133,7 milyon manat olması planlaşdırılır ki, bu da cari ilin göstəricisindən 888,3 milyon manat və ya 43,9 faiz azdır.

 

HƏMÇİNİN OXU: 2020-ci ilin büdcəsi üzrə ilkin rəqəmlər məlum oldu

13.09.2019 15:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ