Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın turizm xidmətləri üzrə ixracı idxalını üstələyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın turizm xidmətləri üzrə ixracı idxalını üstələyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin 1-ci yarımilliyi üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 1.9 dəfə azalaraq 1.5 mlrd. dollar təşkil edib.

 

“Marja” xəbər verir ki, bu, Mərkəzi Bankın 2019-cu ilin 1-ci yarımilliyi üzrə Azərbaycan Respublikasının Tədiyyə Balansı ilə bağlı açıqlamasında bildirilir.

 

Açıqlamada qeyd edilib ki, hesabat dövrü ərzində turizm xidmətləri üzrə ixracın (777 mln.dollar) idxalı (747 mln.dollar) üstələməsi nəticəsində 30 mln. dollar həcmində profisit yaranmışdır (2019- cu ilin 1-ci yarımilliyi ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin müvafiq dövrünə nisbətən 25.8%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 6.6% artmışdır).

 

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyərinin 89.1%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.

 

XİDMƏTLƏR BALANSINDA KƏSİR ARTIB

 

2019-cu ilin 1-ci yarımilliyi üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 4.6 mlrd.dollar təşkil etmişdir. Bunun 2.9 mlrd.dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1.7 mlrd.dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında yaranan kəsir ötən ilin müvafiq dövrünə nisbətən 30.5% artaraq 1.2 mlrd.dollar olmuşdur.

 

HƏMÇİNİN OXU: Azərbaycanın tədiyə balansının profisiti 50% artıb

14.09.2019 08:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ