“Azərbaycan” nəşriyyatı zərər ilə işləyib
“Azərbaycan” nəşriyyatı 2018-ci ildə də zərər ilə işləyib və yığılmış zərəri 6 milyon 99 min manata çatıb.
“Marja” nəşriyyatın illik hesabatına istinadən xəbər verir ki, ötən il xərclər gəlirləri üstələyib və 449 min manat zərər yaranıb. 2017-ci ilin sonunda 5 milyon 650 min manat olmuş yığılmış zərər 2018-ci ilin sonunda 6 milyon 99 min manata qalxıb.
Ötən il “Azərbaycan” nəşriyyatının cəmi kapitalı zərər qədər azalaraq 19 milyon 521 min manata düşüb.
31 Dekabr 2018-ci il tarixində “Azərbaycan” nəşriyyatı 24 milyon 856 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 23 milyon 361 min manatını torpaq, tikili və avadanlıqlar təşkil edib. İl ərzində debitor borclar 4,7 dəfə azalaraq 1 milyon 53 min manatdan 223 min manata düşüb.
Nəşriyyatın kreditor borcları isə 464 min manat azalaraq 5 milyon 335 min manata geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
7 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
7 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
8 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 8 saat əvvəl