Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Trampdan "ehtimal bir hücuma hazırıq" mesajı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampdan "ehtimal bir hücuma hazırıq" mesajı

ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanına aid neft obyektlərini vuranları bildiklərini və "ehtimal bir hücuma hazır olduqları" mesajını verib.


 

ABŞ Prezidenti Donald Trump, Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkətinə aid obyektlərin vurulmasına dair "Twitter" hesabından açıqlama verib.

 

"Marja" xəbər verir ki, Tramp açıqlamasında, "Səudiyyə Ərəbistanının neft sahəsi hücuma məruz qaldı. Cinayətkarı bilirik. Biz hədəfi nişan almışıq və silahlarımız doludur. Amma  bu hücum edənin kim olduğunu Krallıqdan (Səudiyyə Ərəbistanı) eşitməyi gözləyirik", -ifadələrini istifadə edib.
 

Tramp, Ər-Riyaddan gələcək cavaba görə hansı şəraitdə hərəkətə keçəcəklərini müəyyən edəcəklərini bildirib.

 

"BAZALARDAKI NEFT EHTİYATLARI İSTİFADƏ EDİLƏCƏK"
 

Tramp bundan başqa, sözügedən müəssisələrə edilən hücumun ardından ABŞ-da neft bazarında hər hansı bir dalğalanma olmaması üçün bazalardakı ehtiyatların "ehtiyaca görə" istifadəsinə razılıq verdiyini də bildirib.
 

Husilər etdikləri yazılı açıqlamada, hücumu 10 dron ilə özlərinin hazırladıqlarını bildiriblər.
 

Yəməndəki İranın dəstəklədiyi Husilər, son zamanlar dronlar ilə Səudiyyə Ərəbistanının bəzi bölgələrini hədəf alırlar.
 

Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə, Husilər ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi hökumətə bağlı qüvvələr arasında qarşıdurmalar baş verir.

16.09.2019 06:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ