Trampdan "ehtimal bir hücuma hazırıq" mesajı
ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanına aid neft obyektlərini vuranları bildiklərini və "ehtimal bir hücuma hazır olduqları" mesajını verib.
ABŞ Prezidenti Donald Trump, Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkətinə aid obyektlərin vurulmasına dair "Twitter" hesabından açıqlama verib.
"Marja" xəbər verir ki, Tramp açıqlamasında, "Səudiyyə Ərəbistanının neft sahəsi hücuma məruz qaldı. Cinayətkarı bilirik. Biz hədəfi nişan almışıq və silahlarımız doludur. Amma bu hücum edənin kim olduğunu Krallıqdan (Səudiyyə Ərəbistanı) eşitməyi gözləyirik", -ifadələrini istifadə edib.
Tramp, Ər-Riyaddan gələcək cavaba görə hansı şəraitdə hərəkətə keçəcəklərini müəyyən edəcəklərini bildirib.
"BAZALARDAKI NEFT EHTİYATLARI İSTİFADƏ EDİLƏCƏK"
Tramp bundan başqa, sözügedən müəssisələrə edilən hücumun ardından ABŞ-da neft bazarında hər hansı bir dalğalanma olmaması üçün bazalardakı ehtiyatların "ehtiyaca görə" istifadəsinə razılıq verdiyini də bildirib.
Husilər etdikləri yazılı açıqlamada, hücumu 10 dron ilə özlərinin hazırladıqlarını bildiriblər.
Yəməndəki İranın dəstəklədiyi Husilər, son zamanlar dronlar ilə Səudiyyə Ərəbistanının bəzi bölgələrini hədəf alırlar.
Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə, Husilər ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi hökumətə bağlı qüvvələr arasında qarşıdurmalar baş verir.
Saudi Arabia oil supply was attacked. There is reason to believe that we know the culprit, are locked and loaded depending on verification, but are waiting to hear from the Kingdom as to who they believe was the cause of this attack, and under what terms we would proceed!
— Donald J. Trump (@realDonaldTrump) September 15, 2019
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
2 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
3 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
14 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 14 saat əvvəl