"Neft dron hücumlarının ardından 10 dollar bahalaşa bilər"
"Saudi Aramco"ya aid 2 zavoda dron hücumu edilməsindən sonra Səudiyyə Ərəbistanının neft tədarükü yarıbayarı azalıb.
Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Abduləziz bin Salman, hücum nəticəsində meydana gələn partlayışların 5.7 milyon barrel (gündəlik neft hasilatının təxminən 50%-i) xam neft tədarükünün dayanmasına səbəb olduğunu bildirib.
Bazar günü analitiklər bildirdilər ki, "Saudi Aramco"ya aid 2 zavoda silahlı insansız hava vasitəsilə (silahlı dron) hücumdan sonra bazar ertəsi günü neft qiymətlərində 10 dollara qədər artım ola bilər.
"Marja" xəbər verir ki, CNBC-yə danışan neft analitikləri və treyderlər hücumların əmtəə qiymətləri üzərindəki təsirinin ikirəqəmli ədədlə olacağını bildirmişdilər.
"Lipow Oil Associates"ın sədri Andrew Lipow, "Bu mühüm bir hadisədir. Ən pis ehtimalın reallaşmasından qorxuram. Bazarın Bazar ertəsi günü 5 - 10 dollar artım ilə açılmasını gözləyirəm. Bu yanacağın qallonuna 12 - 25 cent olaraq əks olunacaqdır,- deyib.
"Clearview Energy" araşdırma şirkətinin rəhbəri Kevin Book, sözügedən hadisənin təsirinin, təmir müddətinə bağlı olduğunu və bu müddətin bir neçə həftədən aylara qədər zaman alacağını deyib.
Book,"Təklifin tarazlanması və tədarükün üç həftə ərzində təmin olunmayacağını fərz etdikdə qiymətlərdə 10 dollar artım ola bilər",- deyib.
Bu gün bazarlar açılan zaman Brent neftin qiyməti 71,95 dolları, ABŞ xam neftinin qiyməti isə 64,41 dolları görüb. Ötən cümə günü Brent neftinin qiyməti 60,25 dollardan, ABŞ xam neftinin (WTI) qiyməti isə 54,85 dollardan bağlanmışdı.
Bakı vaxtı ilə saat 08:40-a olan məlumata görə, Brent neftinin qiyməti 10 faiz bahalaşma ilə 66,25 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
43 d. əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
51 d. əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 53 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
1 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
12 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 12 saat əvvəl