Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Neft qiymətlərinin artacağı xəbərdarlığı edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Neft qiymətlərinin artacağı xəbərdarlığı edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq bankçılıq və maliyyə xidmətləri şirkəti "Goldman Sachs", Səudiyyə Ərəbistanına qarşı hücümdan sonra neft qiymətlərinin daha yüksələ biləcəyi xəbərdarlığını edib. 
 
"Marja" xəbər verir ki, "Goldman Sachs" tərəfindən hazırlanan hesabatda, Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"nun müəssisələrinə şənbə günü edilən hücumların xam neft qiymətləri üzərindəki təsiri qiymətləndirilib.
 

Hücumların Səudiyyə Ərəbistanının həlledici əhəmiyyətə malik neft infrastrukturuna mənfi təsir göstərdiyi qeyd edilən hesabatda, qlobal neft təminatına dair təhdidlərin artdığı və gələcəkdə başqa hücumların da meydana gəlməsi riskinin davam etdiyi bildirilib.
 

Reklam_3_11

Həmçinin hesabatda, Səudiyyə Ərəbistanında neft hasilatının bərpasının 6 həftədən uzun davam etməsi vəziyyətində, dünyada ən geniş istifadə edilən Brent növü xam neftin barrel qiymətinin çox sürətli şəkildə 75 dolları keçəcəyinin gözlənildiyi vurğulanıb.
 

Dünyanın ən böyük xam neft ixracatçısı olan və gündəlik 9,8 milyon barel neft hasil edən Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya aid iki müəssisəyə edilən hücum, ölkənin xam neft hasilatında gündəlik 5,7 milyon barrel azalmaya səbəb olub.

17.09.2019 05:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ