İstehsal sürətlə artır, xalçalar anbarlara yığılır
2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 832 kv.m xalça və xalça məmulatları istehsal edilib. İstehsal edilmiş xalçanın yarıya yaxını anbarlara göndərilib.
“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, xalça və xalça məmulatlarının istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 91,9% artıb.
01.09.2019-cu il vəziyyətinə anbarlarda hazır məhsul ehtiyatı 2 898,8 kv.m təşkil edib.
2018-ci ildə Azərbaycanda 1 783,1 kv.m xalça və xalça məmulatları istehsal edilmişdi. İstehsal 2017-ci ilə nisbətən 3,2 dəfə artmışdı. 01.01.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 1 987,6 kv.m təşkil etmişdi. Beləliklə, bu ilin 8 ayında məhsul ehtiyatı 911 kv.m artıb (8 aydakı istehsalın yarısı).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl