Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İstehsal sürətlə artır, xalçalar anbarlara yığılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstehsal sürətlə artır, xalçalar anbarlara yığılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 832 kv.m xalça və xalça məmulatları istehsal edilib. İstehsal edilmiş xalçanın yarıya yaxını anbarlara göndərilib. 

 

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, xalça və xalça məmulatlarının istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 91,9% artıb.

 

01.09.2019-cu il vəziyyətinə anbarlarda hazır məhsul ehtiyatı 2 898,8 kv.m təşkil edib.

 

2018-ci ildə Azərbaycanda 1 783,1 kv.m xalça və xalça məmulatları istehsal edilmişdi. İstehsal 2017-ci ilə nisbətən 3,2 dəfə artmışdı. 01.01.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 1 987,6 kv.m təşkil etmişdi.  Beləliklə, bu ilin 8 ayında məhsul ehtiyatı 911 kv.m artıb (8 aydakı istehsalın yarısı). 

17.09.2019 08:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ