Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Səfərə çıxan azərbaycanlıların 40 faizə yaxını İrana gedib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səfərə çıxan azərbaycanlıların 40 faizə yaxını İrana gedib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,7 faiz artaraq 3 milyon 729 min 200 nəfər olmuşdur.

 

Reklam_3_11

Ölkə vətəndaşlarının 36,4 faizi İrana, 29,0 faizi Gürcüstana, 17,5 faizi Rusiya Federasiyasına, 11,6 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə getmişdir. Gedənlərin 63,8 faizini kişilər, 36,2 faizini qadınlar təşkil etmişdir.

 

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 48,1 faiz, Gürcüstana gedənlərin sayı 13,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,4 faiz, Türkiyəyə gedənlərin sayı isə 5,1 faiz artmışdır.

 

Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,2 faizi dəmir yolu və avtomobil, 17,1 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə etmişdir.

 

Qeyd edək ki, Azərbaycan vətəndaşlarının İrana çox səfər etmələrinin əsas səbəbi ticarətdir. Ərzaq və qeyri-ərzaq malları İranda ucuz olduğundan Azərbaycan vətəndaşları alış-veriş üçün bu ölkəyə üz tuturlar. 

17.09.2019 12:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ