Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Səba” kərə yağına artan təlabat “Biləsuvar Aqro”nun istehsalını artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Səba” kərə yağına artan təlabat “Biləsuvar Aqro”nun istehsalını artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin sonuna yaxınlaşarkən SƏBA qrupuna daxil olan “Biləsuvar Aqro” şirkətinin son üçillik fəaliyyətinin əsas statistikası açıqlanıb. Açıqlamada “Səba” kərə yağının istehsalçısı olan şirkətin builki istehsal, satış və vergi  həcmində ötən illərə nisbətən əhəmiyyətli dinamik artımın olduğu bildirilir.

 

Qeyd edək ki, müxtəlif çeşiddə süd məhsulu emal edən “Biləsuvar Aqro” şirkəti xüsusilə “Səba” kərə yağına artan tələbatı nəzərə alaraq ilin əvvəlindən etibarən bir sıra süd təchizatçıları ilə əməkdaşlığını genişləndirib. Belə ki, "Beyləqan Südçülük Fermer Təsərrüfatı" MMC, "Avanqard" MMC, "Muğan Aqro Fermer Təsərrüfatı" MMC, "Qara İnək Fermer Təsərrüfatı" MMC, "S.A.N.İ Kəndli Fermer Təsərrüfatı" MMC, "Türk Qida Sənaye" MMC, "Türyançay FT" MMC və digər xammal tədarükçüləri ilə imzalanmış müqavilələrə əsasən müəssisənin süd alışı 2018-ci illə müqayisədə cari ilin sentyabrınadək təxminən 33,6% artaraq 6276 ton təşkil edib.

 

"Bənzər inkişaf  “Səba” kərə yağının satışında da müşahidə olunur. Rəqəmlərə əsasən, “Səba” kərə yağının satış həcmi ötən ilə nisbətən cari ilin müvafiq dövrünədək 43,3% daha artıq olub. 2017-ci illə müqayisədə isə bu göstərici daha da çoxdur – 87,1%. Bu da öz növbəsində 2018-ci ildə yerli yağ brendləri arasında “Ən yaxşı yağ” seçilən “Səba”-nın tələbatındakı artımın yüksələn dinamikasını bir daha sübut edir",- açıqlamada deyilir.

 

Qeyd edək ki, süd məhsullarının keyfiyyəti və istehsala ciddi nəzarəti ilə istehlakçı rəğbətini qazanan SƏBA qrupuna daxil olan “Biləsuvar Aqro”-nun fəaliyyətindəki inkişaf tempi vergi ödəmələrinə də öz töhfəsini verib. Belə ki, 2018-ci il göstəriciləri ilə müqayisə olunduqda cari ilin sentyabrınadək şirkətin vergi ödənişlərində 78% artım qeydə alınıb. 2015-ci ilin statiskasına baxılarsa, bu il ərzində “Biləsuvar Aqro”-nun vergi ödənişlərinin 10 dəfədən çox artdığını görmək olar.

18.09.2019 08:01

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ