Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Səudiyyə: Neft tədarükü hücumdan öncəki səviyyələrə qayıdıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə: Neft tədarükü hücumdan öncəki səviyyələrə qayıdıb

Səudiyyə Ərəbistanının Energetika naziri Abduləziz bin Salman, ölkənin neft tədarükünün, milli neft şirkəti "Saudi Aramco"ya aid obyektlərə qarşı hücumdan öncəki səviyyələrə qayıtdığını açıqlayıb.
 

"Marja" xəbər verir ki, nazir bin Salman, Ciddədə keçirdiyi mətbuat konfransında "Aramco"nun, bu ay ərzində bütün tədarük öhdəliyini anbarlardan qarşılayacağını söyləyib.
 

Bin Salman, hücumların, "Aramco"nun gündəlik hasilatının təxminən yarısını (5,7 milyon barrel) dayandırması ilə bərabər, neft ilə birlikdə çıxan təqribən 2 milyard kubmetr qazın hasilatına da mane olduğunu bildirib.
 

Nazir ölkəsinin gündəlik neft hasilatının bu ay sonunda 11 milyon barrelə, noyabrın sonunda isə 12 milyon barelə çatacağını qeyd edib. 

 

Nazir bin Salman, ölkəsinin bu aykı neft ixracında bir dəyişiklik olmayacağını və iqtisadi gəlirin ötən aylara nisbətən sabit qalacağını deyib.
 

Mətbuat konfransında danışan "Aramco"nun İdarə heyətinin sədri Yasir er-Rumeyyan da hücumlar səbəbilə "Aramco"nun Birjada səhmlərinin satışını (İPO) təxirə salmayacağını bildirib. 
 

Rumeyyan,  İPO-nun gələcək 12 ay ərzində vaxtında reallaşacağını bildirib. 

18.09.2019 08:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ