Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Türk Hava Yolları daha bir Çin şəhərinə reys açır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türk Hava Yolları daha bir Çin şəhərinə reys açır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türk Hava Yolları (THY) şirkəti, Çinin Sian (Xian) şəhərinə uçuşlara başlayacaq.
 
 
"Marja" xəbər verir ki, THY-nin yeni xətt açılışına dair verdiyi açıqlama, İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) dərc olunub.
 

Açıqlamada, "Çinin Sian şəhərinə uçuşlara başlanılmasına qərar verilmişdir", - ifadələri istifadə edilib.

Reklam_3_11

 

Sian - Şensi əyalətinin inzibati mərkəzi və Çinin şimal-qərbində ən iri şəhəridir.

 

Əhalisi 3 mln. nəfərdən çoxdur. Sian (şəhərin keçmiş adı - Çanandır) Çinin məşhur qədim paytaxtı və "İpək yolunun" başlanğıc məntəqəsi olmuşdur. E.ə. IX əsrdən o, 10-dan çox sülalənin dövründə paytaxt olmuşdur. Burada bir çox diqqətəlayiq yerlər və qədim abidələr qorunub saxlanmışdır, onların arasında Banpo xarabalıqları – bizi 6000 il ayıran matriarxal cəmiyyətin düşərgəsi, imperator Tsin Şixuanın səradbəsindən götürülmüş döyüşçü və atların terrakota fiqurları – bunların da yaşı 2200 ildir, Tan sülaləsinin "Vəhşi qazlar" Böyük və kiçik paqodaları və Sun sülaləsinin memorial daş plitələri vardır. Sian Çinin turist məqkəzi və müasir sənaye bazalarından biridir. Onun əsas sənaye sahələri maşınqayırma və toxuculuq sənayesidir.

18.09.2019 10:12

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ