Yahoo iki gündə əridi
20 il əvvəl qurulan e-poçt və internet axtarışı portalı Yahoo, tarixinin ən böyük qalmaqalının yaralarını sarımağa çalışır.
"Marja" xəbər verir ki, 1 milyarddan çox istifadəçisinin e-poçt və şəxsi məlumatları oğurlandığı məlumatının ardından, Yahoo-nun ABŞ birjalarında əməliyyat olunan səhmləri 7%-dən çox ucuzlaşıb.
14 Dekabrda dəyəri 39 milyard dollar olan Yahoo-nun bazar dəyəri, 3 milyard dollarlıq itkilə 36 milyard dollara geriləyib.
"New York Times"ın xəbərinə görə, Yahoo-nun son oğurlanan 1 milyard istifadəçi məlumatı Dark Web-də 300 min dollara satılıb.
Şəxsi məlumatları oğurlanıb satılan istifadəçilərin bir neçə milyonunun dövlət işçisi olduğu iddia edilib.
Haker hücumuna məruz qaldığını və istifadəçilərinin məlumatlarının oğurlandığını təsdiq edən şirkət, sentyabr ayında da 500 milyon adamın məlumatlarının oğurlandığını bildirmişdi.
Statista-nın məlumatlarına görə, tarixin ən böyük məlumat oğurluğu ardıcıllığında birinci yeri Yahoo tutur. Yahoo-dan sonra 2016-da 427 milyon istifadəçi məlumatı oğurlanan MySpace gəlir.
MySpace-dən sonra isə 2014-də 145 milyon istifadəçi məlumatı oğurlanan e-ticarət saytı eBay və 2016-da 117 milyon istifadəçi məlumatı oğurlanan Linkedin yer tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 6 saat əvvəl
-
7 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
7 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
7 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
8 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 8 saat əvvəl