Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

100 min manat gözləyirdilər, 10 min manat təklif etdilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
100 min manat gözləyirdilər, 10 min manat təklif etdilər

"Holcim Azərbaycan" ASC-nin dividend və səhmlərin baha qiymətə alınmasını tələb edən fiziki şəxs səhmdarlarına təklif gəlib.

 

Reklam_3_11

“Marja”nın əldə etdiyi məlumata görə, səhmdarlardan 186 səhmdən ibarət 1 səhm paketini 10 min manatdan almaq istəyənlər var. 

 

Səhmdarlar bu məbləği rədd edirlər, onlar səhmləri minimum 100 min manata satacaqlarını bildirirlər.

 

Xəbər verdiyimiz kimi, sement istehsalçısı “Holcim-Azərbaycan” ASC-nin bir qrup fiziki şəxs səhmdarı səhmlərə dividend ödənilməsini və səhmlərin yüksək qiymətə alınmasını tələb edirlər. “Holcim-Azərbaycan” ASC-nin fiziki şəxslərdən səhmləri almağa hazır olduğu və bu məqsədlə vəsait ayrıldığı bildirilir. Digər bir məlumata görə, artıq “Holcim-Azərbaycan” səhmlərin alınması üçün investisiya şirkətlərindən biri ilə (broker ilə) müqavilə bağlayıb. 

 

4 səhmdar digər səhmdarların adından "Holcim Azərbaycan" ASC ilə danışıqlar aparır. Səhmdarların hüquqlarını müdafiə erdənlər digər səhmdarlara səhmləri 100 min manatdan aşağı satmamağı məsləhət görürlər.

 

SƏHMLƏR BAHALAŞIB

 

Sentyabrda  "Holcim Azərbaycan" səhmi 45% bahalaşıb. Avqustun sonunda Bakı Fond Birjasında “Holcim-Azərbaycan” ASC-nin 1 səhmi 20 manata alınıb, 21 manata satılırdı. Bu gün Bakı Fond Birjasında "Holcim Azərbaycan" səhminin alış qiyməti 29 manat, satış qiyməti isə 30,45 manatdır.

 

Səhmin nominal qiyməti 20 manatdır. 

 

Özəlləşdirmə zamanı keçmiş “Qaradağ - Sement” ASC-nin (hazırda "Holcim Azərbaycan" ASC) bir çox işçilərinə 1 özəlləşdirmə çeki qarşılığında 186 ədəd səhm verilib. Hazırda əksəriyyəti Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan fiziki şəxs səhmdarlardan çoxu 186 ədəd səhmə sahib olduqlarını təsdiq edən Depo Hesabından çıxarışa malikdirlər. Bugünkü qiymətlər ilə, 1 səhm paketinin (Depo Hesabından çıxarışın) qiyməti 5394 manatdır. Ötən ayın sonunda qiymət 3720 manat idi

 

Səhm paketinə təklif edilən 10 min manat 1 səhmə bazar qiymətindən 1,8 dəfə yüksək qiymət (53,7 manat) qoyulduğuna işarədir.

19.09.2019 09:21

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ