Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Mərkəzi Bankdan banklara yeni təklif

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankdan banklara yeni təklif
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bank kommersiya banklarına 84 günlük notlar təklif etməyə başlayır.


 

20 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli – üç aylıq notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

 

“Marja” Birjaya istinadən xəbər verir ki, hərraca 30 milyon manatlıq notlar çıxarılacaq. Hər bir notun nominal dəyəri 100 manatdır.

 

İndiyədək Mərkəzi Bankın hərraca çıxardığı notların tədavül müddəti 28 gün təşkil edirdi. Hərraca 150 - 200 milyon manatlıq notlar çıxarılırdı.

 

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət qeydiyyat №-si

50202276S

Hərraca çıxarılan həcm

30 000 000 AZN

Notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

 84 gün

Ödəmə tarixi

                                    16.12.2019

 

Hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Hər bir üzv tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Sifarişlər BFB-nin ticarət qaydaları ilə müəyyən edilmiş qiymət dəhlizi çərçivəsində olmalıdır. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcəkdir.

 

Azərbaycan Respublikasının Mərkəzi Bankının qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

19.09.2019 10:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ