"Yaxında digər banklar da təmassız ödəniş xidmətlərini təqdim edə biləcəklər"
Yaxın aylarda “Azericard” prosessinq mərkəzinin digər tərəfdaş bankları da təmassız mobil ödəniş xidmətlərini öz müştərilərinə təqdim edə biləcəklər.
Bunu "9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019" tədbirində çıxış edən “Azericard” şirkətinin baş direktoru Fərid Quliyev deyib.
Onun sözlərinə görə, hazırda bu xidmət Azərbaycan Beynəlxalq Bankının müştərilərinin istifadəsinə verilib.
"Hazırda biz 19 yerli və 2 xarici banka sözügedən xidməti göstəririk. Yaxın zamanlar ərzində biz həmçinin biometrik alətlər bazasında qurulmuş yeni ödəniş həllərinin də bazara, son istifadəçilərə təqdim edəcəyik ki, bu da, düşünürük, böyük marağa səbəb olacaq və bu öz növbəsində nağdsız ödənişlərin genişləndirilməsində töhfəsini verəcək", - deyə F. Quliyev qeyd edib.
Qeyd edək ki, hazırda "Azericard" MMC Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 21 banka prossesinq xidməti göstərir və onların hamısı Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
2 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
3 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 3 saat əvvəl
- 3 saat əvvəl